149
11:53
02 Sentyabr 2019

Vətəndaşlar təhsilin keyfiyyətinin yüksəldilməsini istəyir

Təhsil NazirliyininTelefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) və Vətəndaşların Qəbulu Mərkəzinə avqustda ümumilikdə 28 767 müraciət daxil olub.

Nazirlikdən Lent.az -a bildirilib ki, daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.

Ötən ay ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) isə 8040 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.