208
09:43
02 Sentyabr 2019

Azərbaycanda bu ərazilərdə qaz olmayacaq

Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq. Bundan başqa paytaxtda Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qurup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.