
Bakıda iki marşrut xəttinin istismarı ilə bağlı müqaviləyə xitam verildi
76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metrostansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti 05.09.2019 tarixindən nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.
Lent.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib.
Həmçinin, ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən ALO141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.
Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.
Məlumata o da bildirilir ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olaraq paytaxta gətirilir.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31