593
11:28
31 Avqust 2019

Bakıdan uçan təyyarə Moskvaya çatdı - YENİLƏNİB

"Aeroflot" aviaşirkətinin Bakı-Moskva aviareysi üzrə uçan və Volqoqrad aeroportuna təcili eniş etmiş təyyarə artıq Moskvaya çatıb. Bunu APA -ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
Hava limanından verilən məlumata görə, Volqoqradda təcili eniş etmiş təyyarə Moskvaya yola salınıb və artıq bir neçə dəqiqə bundan öncə avialayner Şeremetyevo aeroportuna enib.
***
10:07
Volqoqrad hava limanında 3 təyyarə təcili eniş edib. İki təyyarə sərnişinlərin özlərini pis etdikləri səbəbindən məcburən enib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cümə günü Moskva vaxtı ilə saat 22:00-da Krasnoyarsk-Simferopol aviareysi üzrə uçan təyyarə sərnişinin özünü pis etdiyinə görə təcili eniş edib. Sərnişin regional xəstəxanaya yerləşdirilib.
Qroznıdan Moskvaya uçan ikinci təyyarə isə hidravlik mayenin düşməsi ilə əlaqədar Moskva vaxtı ilə 01:18-də Volqoqrad aeroportuna təcili eniş istəyib.
Volqoqradda təcili eniş edən digər təyyarə isə Bakı-Moskva reysi ilə hərəkət edirdi. Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib.
"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanında bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan APA -ya verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur: "Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil".