439
17:10
30 Avqust 2019

Azərbaycanlı müğənni polisə müraciət etdi - Evinə görə...

Müğənni Rahidə Baxışova "5/5" verilişinin qonağı olub.

Lent.az -ın məlumatına görə, veriliş zamanı aparıcı Zaur Kamal ifaçıya evi ilə bağlı sual verib. Rahidə isə evini təmir etmək üçün ustaya pul verdiyini deyib. Lakin usta onun pulunu alandan sonra evini təmir etməyib:

“Evimi təmir etdirirdim, o da ki, belə... Usta ilə problem yaşandı. O mənim üçün böyük bir məbləğdir. Mən çox çətinliklə o pulu qazanıram. Bu bir, iki günün əməyi, qazancı deyil. Mən illərlə qəpik-qəpik yığıram ki, balalarım üçün bir yuva qurum, bilirsiniz? Mən onlar üçün həm atayam, həm anayam. Hələ pulu almamışam. İndi iş hüquq-mühafizə orqanlarındadır. İnanıram ki, bu iş öz həllini tapar".