Sahibini yanğından xilas edən it öldü
30 avqust 2019 19:56 (UTC +04:00)

Sahibini yanğından xilas edən it öldü

 
Amerikanın Florida ştatının Sent-Lusi dairəsində sahibini yanğından xilas edən it ölüb. 
 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 68 yaşlı Fred Donxiya onun Dennis ləqəbli iti gecə yarısında ailə yatanda hürməyə başladığını deyib. Kişi yuxudan ayılıb və mətbəxin yandığını görüb. O, arvadını və uşağını oyadıb evdən qaçaraq xilasediciləri çağırıb. 
 
Hadisə yerinə gələn xilasedicilər bir saat ərzində yanğını söndürə biliblər. Ancaq iti xilas edə bilməyiblər. 
 
“Bu faciədir. Dennis elə mehriban idi! Əgər o olmasaydı, yanğın barədə xəbər tuta bilməzdik. İt bizim həyatımızı xilas edib və buna görə öz həyatından keçib”, - amerikalı söyləyib. 
 
Donxiyanın oğlu xəstəxanaya yerləşdirilib, ailənin qalan üzvləri xəsarət almayıb. Onlar hazırda qohumlarının evində yaşayır. Yanğının səbəbi araşdırılır. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar