
Bakının baş planının təsdiqlənməsi gələn ilə qaldı
Bakı şəhərinin baş planının hazırlanması üzrə işlərin növbəti fazasının tamamlanması bu ilin sonunadək nəzərdə tutulur.
Bunu "APA-Economics"ə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud deyib.
Onun sözlərinə görə, bu fazada 25 min və 10 min miqyasında olan xəritələr üzərində işlər aparılır.
"İlkin baxış artıq təqdim olunub. Hazırda Komitə və digər dövlət qurumlarının nümayəndələri ilə birgə sənədlərə baxılır. Bu işlərdən sonra isə daha detallı planlar hazırlanacaq. Şəhərin mərkəzində 5 min miqyasında olan hissələr hazırlanacaq. Ümumi işin gedişatı gələn ilin oktyabr ayına nəzərdə tutulur və ilin sonunadək üçüncü fazaya başlanılacaq. Söhbət baş planın təsdiqlənməsindən gedir ki, 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yeni baş planın təsdiqləməsi gözlənilir", - deyə R. Mahmud qeyd edib.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28