Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi -<span style="color:red;"> VİDEO
30 avqust 2019 11:31 (UTC +04:00)

Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi - VİDEO

Aparıcı Elçin Əlibəyli verilişindən qovduğu müğənni Maral Tahirqızından üzr istəyib. Lent.az-ın məlumatına görə, E.Əlibəyli bu barədə sosial şəbəkədə yazıb:

“Əzizlərim, bu gün atdığım addımın davamı kimi iki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.

Söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!”.

 

# 5216
avatar

Oxşar yazılar