
"Taliban"la ABŞ arasında razılıq əldə olunur? - AÇIQLAMA
Taliban ABŞ-la razılığın əldə olunmasına çox yaxın olduğunu bildirib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Talibanın Dohadakı siyasi mərkəzinin sözçüsü Suheyl Şahin deyib.
“Ümid edirik ki, müsəlman, azadlıq istəyən xalqımız üçün tezliklə xoş xəbərlərimiz olacaq”,- o bildirib.
Müzakirələrlə bağlı məlumatlı olan iki mənbə danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Kabilə qısamüddətli səfərinin gözlənildiyini və prezident Əşrəf Qani ilə görüşəcəyini bildirib.
Əfqanıstan yüksək çinli təhlükəsizlik rəsmisi Taliban və ABŞ rəsmilərinin 14 aydan 24 ayadək müddətdə amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı razılığa gəldiklərini bildirib.
Qeyd edək ki, Taliban və ABŞ arasında danışıqların 9-cu mərhələsi ötən həftə Dohada başlayıb.
Əlavə edək ki, hazırda Əfqanıstanda 14000-lik ABŞ ordusu var.
Oxşar yazılar

Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 04:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29