“Yevgeni Onegin” üç gecə Bakıda olacaq
28 avqust 2019 16:20 (UTC +04:00)

“Yevgeni Onegin” üç gecə Bakıda olacaq

Sentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda çıxış edəcək.

Mədəniyyət Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminasdır. Səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

 

Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç axşam ardıcıl nümayiş ediləcək.

# 825
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar