
Azərbaycanda ipoteka istiqrazları ilə bağlı YENİLİK
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilən AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
“APA-Economics”in Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata görə, avqustun 23-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 23-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 938,70 manat təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 938,70 manat məbləği əsasında hesablanacaq.
BFB-yə AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 938,70 manat olması nəzərə alınmalıdır.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28