
Putin və Ərdoğan arasında görüş başlayıb
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş başlayıb.
APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, Putin və Ərdoğan arasındakı görüş Moskva vilayətinin Jukovski aerodromunda keçirilən Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" çərçivəsində keçirilir.
Görüşün protokol hissəsində çıxış edən Vladimir Putin türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları müzakirə edəcəklərini söyləyib.
Ərdoğan isə çıxışında onu Rusiyada keçirilən “MAKS-2019”a dəvət etdiyinə görə V. Putinə təşəkkürünü bildirib: "Bu tədbirdə Rusiyanın hərbi, mülki təyyarələri, helikopterləri ilə tanış olmaqdan çox məmnunam. Rusiyanın kosmosla bağlı fəaliyyəti çox maraqlı idi".
Ərdoğan Putinlə həm təkbətək, həm də ikitərəfli görüş keçirəcəyini və bu görüşdə regional məsələləri müzakirə edəcəklərini də söyləyib.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46