
Avtobusda əcaib olay: sərnişinlər mənzilə bu formada çatdı
Son günlərdə “BakuBus”a məxsus avtobusların kondisionerlərin işləməməsi ilə bağlı tez-tez şikayətlər edilir.
Bu dəfə isə şikayətçilərdən birinin Lent.az-a verdiyi məlumata görə, 5 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda kondisionerdən sərnişinlərin üzərinə su tökülüb.
Şikayətçi bildirib ki, avtobusda olanların əksəriyyəti mənzilə islanmış vəziyyətdə çatıb:
“Sürücü əvvəlcədən sərnişinlərə kondinsonerin işləmədiyi ilə bağlı xəbərdarlıq etdi. Amma düşünürəm ki, bu düzgün deyil. Avtobusun kondisionerində nasazlıq yarana bilər, lakin həmin marşurutu xətdən çıxarıb, nasazlığı aradan qaldırılmaq lazımdır. Kondinsonerdən su elə axırdı ki, insanlar mənzilələrinə su içində çatdılar. Hətta avtobusun sol tərəfində oturacaqlara kifayət qədər su axdığından o hissədə oturmaq mümkün deyildi”.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sözü gedən məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56