
İranın nüvə silahına malik olmaması ilə bağlı VAHİD MÖVQE
Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində iştirak edən ölkələrin liderləri İranın nüvə silahına malik olmaması ilə bağlı vahid mövqe ortaya qoyublar.
APA-nın məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Sammit iştirakçıları Yaxın Şərq regionunda sülh və təhlükəsizliyin qorunmasına kömək etmək niyyətində olduqlarını bildiriblər.
Qeyd edək ki, Fransanın Biarritz şəhərində "Böyük yeddilik" sammitinin rəsmi açılışı olub. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43