
Bu rayonun 15 yaşayış məntəqəsində qaz təchizatı dayandırıldı - SƏBƏB
0
0
Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.
"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.
0
0