4813
10:30
24 Avqust 2019

Fuad Poladovun ailəsində ŞADYANALIQ

Aktyor sağ olsaydı, çox sevinərdi. Fuad Poladovun nəvəsi olub.

Lent.az -ın məlumatına görə bu barədə mərhum sənətkarın oğlu Ağarəhim Poladov məlumat verib: “İkinci dəfə dayı oldum”.

Yəni Fuad Poladovun qız nəvəsi olub. Qızı Fəridənin ikinci övladı dünyaya gəlib. Qız uşağıdır, adını Umay qoyublar. Onu da deyək ki, Fuad Poladovun birinci nəvəsi oğlandır, adı Suaddır. Sənətkarın ruhu şad olsun.