
Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb"
"Taxta bazarında baş verən yanğın tam olaraq məhdudlaşdırılıb".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, artıq 3 saata yaxındır yanğın davam edir: “Ayrı-ayrı yerlərdə bəzi yanğın mənbələri qalıb. Bunun da səbəbi quru taxtaların çox olmasıdır. Yanğının sahəsi 1500 kv/m-dən artıqdır. Hadisənin səbəbi haqqında isə yanğın tam söndürüləndən sonra məlumat veriləcək. Onu da bildirim ki, yanğının yayılma təhlükəsi yoxdur”.
E.Mirzəyev FHN əməkdaşlarının hadisə yerinə gec gəlməsi barədə yayılan məlumatlara da münasibət bildirib: “Bu yalan məlumatdır. Yanğın baş verən ərazinin yaxınlığında FHN-in yanğınsöndürmə məntəqəsi yerləşir. Burada əsas problem suyun çatışmazlığı idi ki, onu da biz daşıma yolu ilə həll etdik”.
Oxşar yazılar

“Golden Beach”də FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41
Məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub
3 iyul 2025 , 09:11
Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43