
AVRO-2020-nin sponsorlarının nümayəndələri Bakıya gəlib

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.
APA-nın məlumatına görə, bu gün BOS-da “Alipay”, “Booking.com”, “FedEx”, “Hisense”, SOCAR və “Volskwagen” şirkətlərinin təmsilçilərinin iştirakı görüş təşkil olunub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib. AVRO-2020-nin sponsoru olan şirkətlərin nümayəndələri Bakı Olimpiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.
Qeyd edək ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Oxşar yazılar

Ronaldo titul sayında Xaviyə çatdı
21 yanvar 2021 , 15:36
“Qalatasaray” İngiltərədən hücumçu aldı
21 yanvar 2021 , 15:16
Zidanı kim əvəz edəcək? - YENİ İSİM
21 yanvar 2021 , 13:38
“Real”ın “Kral klubu” adına yaraşmayan məğlubiyyəti
21 yanvar 2021 , 13:11
“Mançester Yunayted”in tarixinə düşdü
21 yanvar 2021 , 12:27
Bitkoynla futbolçu alındı - TARİXDƏ İLK DƏFƏ
20 yanvar 2021 , 22:30
Messi 2 oyunluq kənarlaşdırıldı - SƏBƏB
19 yanvar 2021 , 17:24
“Qarabağ”ın sabiq mətbuat katibi: “Macəram başa çatdı…”
19 yanvar 2021 , 17:23