Nazir müavini: “Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub”
22 avqust 2019 10:55 (UTC +04:00)

Nazir müavini: “Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub”

 
 
Avqustun 22-də Bakı Konqres Mərkəzində 19-cu Beynəlxalq Gənclər Forumu keçirilib. Tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Qan donorları cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik, Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad və başqaları iştirak ediblər. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev tədbirin əhəmiyyətindən danışıb: "Tədbirə dünyanın 30-dan artıq ölkəsindən gənclər, beynəlxalq təşkilatlar, qan donorluğu sahəsində işləyən ictimai təşkilatlar qatılıblar. Ölkə rəhbərinin təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının bəndlərindən biri də gənclər arasında qan donorluğunun təbliği və təşviqindən ibarətdir. Bu, bəndin icrasının təsdiqini tapan tədbirdir”. E. Ağayev deyib ki, qan donorluğu sahəsində 2000-ci ilə qədər problemlər var idi: “Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə rəvac verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Bu illər ərzində qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb".
# 720
avatar

Oxşar yazılar