Meksikanın qərbində baş vermiş yanğın 3 zavodu bürüyüb
21 avqust 2019 04:07 (UTC +04:00)

Meksikanın qərbində baş vermiş yanğın 3 zavodu bürüyüb

 

Meksikanın qərbindəki Miçoakan ştatının Moreliya şəhərində plastik məhsullar və yağ istehsal edən zavodda başlayan yanğın qonşuluqdakı iki müəssisəni əhatə edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, yanğın zamanı dəymiş ziyan artıq milyonlarla dollar dəyərində ölçülür. Bu barədə hələlik rəsmi bir açıqlama verilməyib.

Yanğının söndürülməsinə bir neçə bələdiyyədən yanğınsöndürənlər və hərbi qüvvələr cəlb olunub. Hadisə yerinin 1 km radiusunda bütün insanlar təxliyyə edilib.

Yanğının baş verməsi səbəbləri hələlik məlum deyil.

# 500
avatar

Oxşar yazılar