Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri elan olundu
20 avqust 2019 15:46 (UTC +04:00)

Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri elan olundu

0
 
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
 
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər:
 
“Nəticələr yaxın vaxtlarda saytımıza da yerləşdiriləcək. Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 825

Oxşar yazılar