Ermənistanda 5 nəfərdə qarayara aşkarlandı
20 avqust 2019 13:16 (UTC +04:00)

Ermənistanda 5 nəfərdə qarayara aşkarlandı

 
 
Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb.
 
APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər. 
 
Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.   
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar