
Bakıda bağırsağı anadangəlmə bağlı olan körpə doğuldu
Bakıda bağırsağı anadangəlmə bağlı olan körpə doğulub. Körpədə doğulduğu andan etibarən qusma, ciddi köp, qarında göyərmə, nəcis ifrazının olmaması əlamətləri qeydə alınıb. E-tibb-az-ın xəbərinə görə, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinkanın həkimi Fuad Hüseynov məlumat paylaşıb. Onun sözlərinə görə, doğulduğu klinikada uçağın cərrahi əməliyyat olunmasına qərarı verilib, lakin valideynlərinin istəyi ilə körpə təcili Mərkəzi Klinikaya köçürülüb: “Biz də 1 günlük, çəkisi 3 kq olan körpəni təcili cərrahi əməliyyata almaq məcburiyyətində qaldıq. Əməliyyat zamanı məlum oldu ki, körpənin hələ ana bətnindəykən bağırsağında özbaşına deşilmə olub. Körpənin bu halda olmasının səbəbi nazik bağırsağın bağlı olmasıdır , nəcis aşağıya keçə bilmədiyi üçün yuxarıdakı bağırsaqlarda ciddi genişlənmə mövcud idi,aşağı bağırsaqlar ümumiyyətlə, işləməyib. Əməliyyat zamanı bağırsağın bağlı olan hissəsi kəsilib çıxarıldı, bağırsaqlar uc-uca tikildi, qarın boşluğu yuyulub təmizləndi.
Təbii ki, belə körpənin yeni həyatına uyğunlaşması, qidalanması normal uşaqlardan dəfələrlə çətin olur. Neonotoloqlarımızın sayəsində körpə bu çətinliyin öhdəsindən uğurla gəldi. Hazırda tam sağlam evlərindədir”.
e-tibb.az
Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10