
2 yaşlı uşağın öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA - Keçmiş ər sərxoş olub
Dəhşətli yanğınla bağlı rəsmi açıqlama yayıldı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hal hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynanaın bədənini 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib.
Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.
Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12