Siqaret çəkənlərin DİQQƏTİNƏ! - Ölümlə nəticələnən 3 xəstəlik
18 avqust 2019 09:29 (UTC +04:00)

Siqaret çəkənlərin DİQQƏTİNƏ! - Ölümlə nəticələnən 3 xəstəlik

“Tütün tüstüsü təhlükəlidir!” Aidiyyəti qurumlar illərdir, həyəcan təbili çalır.

Siqaret çəkən milyonlarla insan çox vaxt tütün tüstüsünün zərərləri barədə bilgisiz olur.

Tütün tüstüsünün tərkibində 4 mindən çox kimyəvi, xərçəng xəstəliyi yaradan 40-dan çox kanserogen maddə var.

Tütün həqiqətən öldürür. Siqaret çəkmək ölümlə nəticələnən 3 əsas xəstəliyin inkişafına səbəb olur: 90 faiz hallarda ağciyər xərçəngi, 75 faiz hallarda xroniki bronxit, emfizema və 25 faiz hallarda ürəyin işemiyası.

Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və on iki barmaq bağırsağın xərçənginin, xroniki xəstəliklərin yaranması ehtimalı yüksəkdir. Passiv siqaret çəkənlərdə də ağciyər xərçənginin əmələ gəlməsi əsas risk sırasındadır.

Siqaret çəkmək ağciyərləri zədələyir və tütün çəkənləri vərəm infeksiyasına daha həssas edir. Siqaret insanın immun sistemini zəiflətdiyi üçün orqanizm vərəm infeksiyası ilə mübarizə apara bilmir.

Tütün çəkən şəxslərin xarici görünüşü də dəyişir, dişləri, dırnaqları saralır, dırnaqları tökülür.

Siqaret çəkən 30-40 yaşlı kişilərdə damarların daralması və qan dövranının ləngiməsi səbəbindən impotensiyanın inkişafı riski yaranır.

Nikotin insanı əsəb gərginliyində saxlayır, nəticədə stress hallarını daha da artırır.

Bəziləri mentollu, nanəli siqaretlərin adi siqaretlərdən yüngül olduğunu bəhanə edərək bu tip siqaretlərə üstünlük verirlər. Halbuki mentollu, nanəli siqaretlərin zərəri adi siqaretdən daha çoxdur.

Siqaret çəkənlər tüstü vasitəsilə atmosferə zəhərli maddələr ötürür, ətraf mühitə və siqaret çəkməyən insanlara də zərər vururlar.

Siqaret sağlamlığa zərər vurmaqla bərabər, insanların maddi durumuna da ciddi zərbə vurur.

Siqaretlə müqayisədə qəlyan çəkənlərin orqanizmi daha çox kanserogen maddə qəbul edir, həmin insanın qanında dəm qazı 4 dəfə çox olur. Qəlyanın tüstüsündə zərərli, kanserogen maddələrin olması siqaret çəkən insanlardakı xəstəliklərin yaranmasına səbəb olur.

Mütəmadi qəlyandan istifadə edənlərin qanında yüksək dərəcədə kotonin yaranır. Bu maddə nikotinin törəməsidir. Nikotin insan orqanizmindən iki-üç saat ərzində sovrulursa, kotonin 15-20 saat ərzində qalır. Bundan əlavə, qəlyan çəkən şəxslərdə yüksək tərkibli karbon monoksid əmələ gəlirBu qaz ürək-damar sisteminə kəskin mənfi təsir göstərir, ürək əzələlərinin qısalmalarının sayının azalmasına səbəb olur. Karbon monoksid sərxoşluq vəziyyəti ilə müqayisə edilən şüur dəyişikliklərinə də yol açır. 

 

e-tibb.az

# 1278
avatar

Oxşar yazılar