
Mexikonun mərkəzində 30-dan çox iğtişaşçı və polis yaralanıb
Meksikanın paytaxtı Mexikoda etiraz aksiyası zamanı polislə toqquşma zamanı 30-dan çox iğtişaşçı yaralanıb.
APA-nın “TASS”a istinadən xəbərinə görə, bu barədə meqapolisin İctimai Təhlükəsizlik Nazirliyi rəsmi “Twitter” səhifəsində məlumat verib.
Yürüşdən sonra təcili tibbi yardım xidməti tərəfindən 13 yaralı, eləcə də 13 polis, 2 mülki şəxs və 1 yanğınsöndürən xəstəxanaya çatdırılıb. Digər 18 nəfər isə yüngül xəsarət alıb.
Yürüşdə 3,5 minə yaxın qadın iştirak edib. Onlar aqressiv şəkildə ictimai nəqliyyatın qarşısını kəsib, binaların divarlarını təhdid və təhqirlər dolu sözlərlə boyayıb. İlkin ehtimala görə, şəhər küçələrinə dəymiş ziyan 1 milyon pesonu (təqribən 50 min dollar) keçib.
Qeyd edək ki, iğtişaşçıların əsas tələbi avqustun əvvəlində azyaşlıya qarşı təcavüzdə adı hallanan polislərin ittiham edilməsidir.
Faktla bağlı istintaq aparılsa da, bu günə qədər heç kim mühakimə olunmayıb.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21