
Atambayevin arvadına qarşı cinayət işi qaldırılacaq
0
0
Qırğızıstanın keçmiş prezidenti Almaz Atambayevin həyat yoldaşı Raisaya qarşı cinayət işi qaldırılacaq.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu haqda jurnalistlərə Bişkekdə keçmiş birinci xanım özü məlumat verib.
“Mənə qarşı indi cinayət işi hazırlanır”, - o, söyləyib.
Atambayevanın sözlərinə görə, hansı maddə ilə cinayət işi açılacağını hələ ki bilmir.
0
0