
Əhalinin siyahıya alınması ilə bağlı müşavirə keçirilib
Penitensiar Xidmətin (PX) Baş idarəsinin və penitensiar müəssisələrin məsul əməkdaşlarının iştirakı əhalinin siyahıya alınması ilə bağlı müşavirə keçirilib.
PX-dən APA-ya verilən məlumata görə, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli Fərmanının və ““2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətində də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu ilin 1-10 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan siyahıyaalınmada azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin iştirakının təmin edilməsi məqsədi ilə hazırlıq işləri görülüb, məsul əməkdaşlar təyin edilib, onlar treninq və tədbirlərdə iştirak etib və müvafiq təlimatlar verilib.
Müşavirədə iştirak edən Dövlət Statistika Komitəsinin məsul əməkdaşları siyahıya alınma prosesi və müəssisələrə paylanmış sorğu vərəqələrinin doldurulma qaydası barədə danışıb, müşavirə iştirakçılarının suallarını cavablandırıb.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38