Şagirdlərin elektron yerdəyişməsi sistemi fəaliyyətə başlayıb
15 avqust 2019 15:13 (UTC +04:00)

Şagirdlərin elektron yerdəyişməsi sistemi fəaliyyətə başlayıb

Avqustun 15-də saat 15:00-dan şagird yerdəyişməsi sistemi istifadəyə verilib.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

 

 

 

 

 

 

# 679
avatar

Aygün İbrahimli

Oxşar yazılar