Nazirlikdən rektorlara təhsil haqqı ilə bağlı <span style="color:red;">XATIRLATMA
14 avqust 2019 16:23 (UTC +04:00)

Nazirlikdən rektorlara təhsil haqqı ilə bağlı XATIRLATMA

Təhsil nazirliyinin kollegiyasının vaxtilə verdiyi qərara görə. ödənişli təhsil alan tələbələrin təhsil haqlarını hissə-hissə ödənilməsinə şərait yaradılmalıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov həmin qərarı yenidən xatırladaraq bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O qeyd edir ki, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaradılması tapşırılıb.

Qeyd edək ki, bu il 24242 (o cümlədən 2956 subbakalavr) nəfər  ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 

 

 

 

 

 

# 983
avatar

Aygün İbrahimli

Oxşar yazılar