
Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Fonddan Lent.az-a bildirilib ki, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələrə bayram sovqatları çatdırıb.
Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibəti ilə qurban payları çatdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
Oxşar yazılar

İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21
Güclü maqnit qasırğaları yaxınlaşır - XƏBƏRDARLIQ
14 iyul 2025 , 14:12