Ukraynalılar pul vahidlərini dollarla əvəzləmək istəyir
10 avqust 2019 19:25 (UTC +04:00)

Ukraynalılar pul vahidlərini dollarla əvəzləmək istəyir

Ukraynada dövlət başçısı Vladimir Zelinskinin internet səhifəsində milli valyuta ilə bağlı islahatlar aparılması, pul vahidləri olan qrivnanın yerinə dolların qəbul olunmasını tələb edən bir kampaniya başladılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ukraynalılar qrivnanın  qeyri-sabit vəziyyətini əsas gətirərək daha sabit valyuta olan ABŞ dollarının seçilməsini tələb edir. 

Tələbin Zelenski tərəfindən izlənilməsi üçün 90 gün içərisində 25 min imza toplanması lazımdır.

 

 

# 766
avatar

Aygün İbrahimli

Oxşar yazılar