General-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinə başsağlığı verib
10 avqust 2019 10:14 (UTC +04:00)

General-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinə başsağlığı verib

 
 
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, başsağlığında deyilir:
 
“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
 
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar