Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri barəsində cinayət işi açıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri Astxik Qevorqyana qarşı ittiham irəli sürülüb.  
	APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 
	86 yaşlı Astxik Qevorqyana qarşı Cinayət Məcəlləsinin 325-ci maddəsi  - saxtalaşdırma, saxta möhürlərin hazırlanması və istifadəsi, rəsmi sənədlərin satışı ilə bağlı ittiham irəli sürülüb.
	Ondan ölkədən çıxmamaqla bağlı iltizam alınıb. 
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0