"Rayon toylarına necə gedim?" - <span style="color:red;">Röya
08 avqust 2019 10:53 (UTC +04:00)

"Rayon toylarına necə gedim?" - Röya

Əməkdar artist Röya Ayxan açıqlaması ilə müzakirələrə səbəb olub.
 
Lent.az xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) müğənninin videosunu sosial şəbəkədə yayıb. Röya Tolikin suallarını cavablandıraraq, rayon toylarına getmədiyini deyib.
 
"Bayağı mahnılar çoxdur, bəyənən də, bəyənməyən də var. Ən böyük hakim xalq, yoxsa, müğənnilərdir" sualına belə cavab verib:
 
"Xalq məni sevmir guya? Bəs, mən necə gedim rayon toylarına, necə onların yanında olum? Onlar ona güvənir, gücü çatır. Biz rayonlara getsək, oxusaq, mahnılarımız seçilməyəcək. Bayağı nəyə deyirsiz?".
 
Əməkdar artist Abbas Bağırov isə "Hind tərzində oxunan bütün musiqilər bayağıdır. Bizim milli notlarımız var", - deyərək söhbətə müdaxilə edib.  (Axşam.az)

 

# 1333
avatar

Oxşar yazılar