
Elxan Məmmədov: “APOEL üzərində qələbə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir”
"APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir”.
APA-nın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Kiprin APOEL klubunu 2:1 hesabıyla məğlub edib. AFFA-nın baş katibi E. Məmmədov da oyunu stadiondan izləyib və qarşılaşmadan sonra öz fikirlərini Ağdam təmsilçisinin feysbuk səhifəsinə bildirib: “Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxayınlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək, növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.
Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23