<span style="color:red;">DİQQƏT:  Bu rayonlarda qaz olmayacaq
07 avqust 2019 09:55 (UTC +04:00)

DİQQƏT: Bu rayonlarda qaz olmayacaq

Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğrayan hissələrin dəyişdirilməsi və aşkar olunan qaz sızmalarının ləğvi icra olunacaq. 
 
“Azəriqaz” İstehsal Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 
 
Bundan başqa, avqustun 8-i saat 09:00-da işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatına məhdudiyyətlər qoyulacaq. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar