“Qarabağ” bu oyunda favorit sayılmır
06 avqust 2019 14:25 (UTC +04:00)

“Qarabağ” bu oyunda favorit sayılmır

 
Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 
 
APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu mövsümdə ilk dəfə favorit hesab etmirlər. 
 
Nikosiyada bu gün baş tutacaq qarşılaşmada APOEL-in qələbəsi 2,01 əmsalla qiymətləndirilibsə, “Qarabağ”ın qalib gəlməsinə 4,44 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 3,19-dur. 
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda olacaq. 
# 922
avatar

Oxşar yazılar