Telejurnalistin ailəsində faciə baş verib
0
0
Xəzər TV-nin əməkdaşı Yusif Kərimlinin ailəsində bədbəxt hadisə baş verib.
Bu barədə APA-ya jurnalistin özü məlumat verib. O bildirib ki, avqust ayının 3-də 7 yaşlı oğlu Əmin Kərimli dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.
Uşağın həyatını xilas etməyə çalışan xalası, 28 yaşlı Sürəyya Əliyeva dənizdə boğularaq ölüb.
Əmin Kərimli isə xəstəxanaya yerləşdirilib.
0
0