
Rusiyada artilleriya anbarında PARTLAYIŞ: yaralılar var - YENİLƏNİB
Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin artilleriya anbarında baş verən partlayışlarda 4 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yaralılardan ikisi Açinsk şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, tibbi yardım göstəriləndən sonra onlar evə buraxılacaqlar.
Partlayış baş verən anbarda 45 min mərminin olduğu bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayanların təxliyəsinə qərar verilib.
Artıq Yeni Uluy və Kamenka kəndlərindən əhalinin təxliyəsinə başlanılıb.
***
16.18
Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayış və yanğın baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Vahid Dispetçer Xidmətinin məlumatında bildirilir ki, bütün rəhbərlik hadisə yerinə yollanıb. Təxliyyə haqda hələlik məlumat yoxdur. Hadisə baş verən ərazinin yaxınlığında Kamenka kəndi yerləşir.
İlkin məlumata görə, yanğın artilleriya anbarında qeydə alınıb. Yanğının mərmi partlaması nəticəsində baş verdiyi bildirilir.
Açinsk şəhərinin yerli hökumət nümayəndələri əhaliyə hərbi hissə tərəfə getməməyi məsləhət görüb.
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17