607
14:29
05 Avqust 2019

İmpotentliyə qarşı unikal əməliyyat - AZƏRBAYCANDA

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb.

ATU-dan Lent.az -a verilən məlumata görə, ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. İlk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

Əməliyyatı uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov həyata keçirib. Onun sözlərinə görə, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə və ən effektli müalicə üsuludur: “Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb. Penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protez çıxarıla da bilər”.

Xəstənin cinsi orqanına yerləşdirilən penil protez üç hissədən - iki sintetik silindr, bir rezervuar və nasosdan ibarətdir. Bu tip əməliyyatları Azərbaycanda ilk dəfə olaraq məhz İlham Əhmədov 2007-ci ildə həyata keçirməyə başlayıb.