246
05:48
05 Avqust 2019

Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri problemlə üzləşib

Bir neçə ölkədən olan “Facebook” və “Instagram” istifadəçiləri xidmətlərin fəaliyyətində problemlə qarşılaşıblar.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslardakı çatışmazlıqları araşdıran “Downdetector” saytında bildirilib.

Qeyd olunur ki, bu sosial şəbəkələrdəki problemlər Rusiya, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Braziliya, ABŞ və digər ölkələrdə hiss olunub.

Şikayətlər daha çox “Instagram” lentinin yüklənməsi (63%) və “Facebook”da qrafik şəkilllərin görünməsi ilə əlaqəli olub. Eyni zamanda istifadəçilər şəxsi hesablarına daxil olarkən və sosial şəbəkə paylaşımlarına rəy bildirərkən çətinliklə üzləşiblər.