Bu ölkənin Prezidentini narkotacirləri müdafiə etməkdə günahlandırdılar
04 avqust 2019 09:37 (UTC +04:00)

Bu ölkənin Prezidentini narkotacirləri müdafiə etməkdə günahlandırdılar

Nyu-York federal prokuroru Honduras Prezidenti Xuan Orlando Ernandesi qardaşı və digər siyasi xadimlərlə birlikdə narkotacirləri müdafiə etməkdə günahlandırıb.
 
APA-nın "Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, ittiham Honduras Prezidentinin sabiq deputat qardaşı Xuan Antonio Ernandesə qarşı açılan cinayət işinin materiallarında əksini tapıb.
 
İttiham aktında Honduras Prezidentinin qardaşı böyük həcmdə narkotik vasitə ticarəti ilə məşğul olan narkotacir adlandırılır. Prokuror hesab edir ki, narkotik vasitə ticarətindən əldə edilən 1.5 milyon dollar 2013-cü ildə Xuan Orlando Ernandesin prezident seçkiləri kampaniyasında istifadə edilib.
 
Honduras Prezidenti isə narkoticarətlə əlaqəli olması barədə  ittihamları qəti rədd edir.
 
Xatırladaq ki, bundan əvvəl Ağ ev və ABŞ Dövlət Departamenti Honduras Prezidentinin mübarizəsi nəticəsində kokain dövriyyəsi və  ölümlərin azaldığını bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar