İndoneziyada baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, yaralılar da var
03 avqust 2019 08:35 (UTC +04:00)

İndoneziyada baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, yaralılar da var

0

 

İndoneziyanın qərbindəki Sumatra adasında baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “Detik” xəbər portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölümə səbəb zəlzələ nəticəsində bərk həyəcanlanmadan yaranan ürək tutması olub.

Zəlzələ zamanı, həmçinin 139 ev və iki məscid ziyan görüb, 1 mindən çox sakin təxliyyə olunub.

Qeyd edək ki, 6,9 maqnitudalı zəlzələnin episentri 1,3 mln. sakinin yaşadığı Tanqeranq şəhərindən 261 km cənub-qərbdə, onun ocağı isə 10 km dərinlikdə qeydə alınıb. Güclü təkanlar paytaxt Cakartada da hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar