Dronla yemək daşınması servisi TEST EDİLDİ
Hazır yemək çatdırılması üzrə fəaliyyət göstərən servislərin xidmətlərinə tələbat çox olduğundan kuryerlər çox zaman sifarişləri vaxtı-vaxtında yerinə yetirə bilmirlər. Uber Eats şirkəti bu problemi pilotsuz dron vasitəsilə həll etməyi təklif edir.
Lent.az "texnote"a istinadla xəbər verir ki, şirkət artıq ilk robotlaşdırılmış kuryerin işini test edib.
VOXL adlı dron yeməklərdən ibarət olan yükü uğurlu şəkildə lazımi ünvanlara çatdırıb. Bu dron ModalAI şirkətinin iştirakı ilə yaradılıb. Bu şirkət hətta operatorun dron kamera görüntüsünü əldə edə bilmədiyi bir vaxtda da 4G şəbəkə dəstəyi ilə sifarişləri yerinə yetirməyi bacaran mobil platforma yaradıb. GPS siqnallar vasitəsilə fəaliyyət göstərən digər sistemlərdən fərqli olaraq VOXL adlı dron hətta şəbəkənin itdiyi bir vaxtda da öz fəaliyyətini reallaşdıra bilir.
Test çərçivəsində bu platforma hava mühitini izləmək və Uber servislərindən istifadə edərək öz marşrutunu təyin etməkdən əlavə olaraq dronun yerləşdiyi yeri virtual xəritədə təyin edirdi. Beləliklə sözügedən platforma operatorun iştirakını minimuma endirir. ModalAI şirkətinin bu platformasının inteqrasiyası Uber Eats-in təşəbbüsü üçün ən optimal variantdır. Bu layihədə həmçinin Qualcomm şirkəti də iştirak edib. Belə ki, onun hazırladığı çiplər dronun işində əsas rolu oynsyıblar.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22