Trampın “Böyük İsgəndər” adlandırdığı şəxs Bakıya niyə gəlir? - <span style="color:red;">SƏBƏB
02 avqust 2019 10:57 (UTC +04:00)

Trampın “Böyük İsgəndər” adlandırdığı şəxs Bakıya niyə gəlir? - SƏBƏB

“Mən Azərbaycanda hokkeyin perspektivlərini müzakirə etmək üçün Bakıya gedəcəm”.

Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu Rusiya hokkeyinin əfsanəsi, 3 dəfə dünya çempionu, ABŞ prezidenti Donald Trampın “Böyük İsgəndər” adlandırdığı Aleksandr Oveçkin bildirib.

Oveçkin qeyd edib ki, hokkey Azərbaycanda milli oyun növünə çevrilə bilər və Bakı komandasının Kontinental Hokkey Liqasında iştirakı da mümkündür:

“Mən artıq Azərbaycan tərəfinin nümayəndələri ilə görüşmüşəm. Onlar məni gələn il ölkələrinə dəvət ediblər. Biz şəhərlə tanış olacaq, infrastruktura baxacağıq. Düşünürəm ki, yaxın gələcəkdə hər şey mümkündür”.

Xatırladaq ki, bir qədər əvvəl gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda Kontinental Hokkey Liqası (KHL) səviyyəsində klubun yaradılmasına dair fikirlərini bölüşmüşdü. O bildirmişdi ki, bu istiqamətdə hərəkət etməyə başlanılsa da, böyük bir buz sarayının qurulmasından sonra Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı. “Biz idman ölkəsiyik və buna görə maraqlanmayacağımız idman yoxdur. Hokkey həqiqətən gəncləri həyəcanlandırır".

 

 

# 1038
avatar

Səbuhi Sədəf

Oxşar yazılar