Peşə məktəblərinə sənəd qəbulunun vaxtı <span style="color:red;">AÇIQLANDI
02 avqust 2019 10:43 (UTC +04:00)

Peşə məktəblərinə sənəd qəbulunun vaxtı AÇIQLANDI

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Lent.az-ın məlumatına görə, agentliyin direktor müavini Amil Əlili bildirib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 5-dən 20-dək  Bakı və rayonlarda 15 “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək.

A.Əlili qeyd edib ki, 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək: “Bunlardan 23-ü yeni ixtisaslardır. Əsasən sənaye sahəsində yeni ixtisaslar yaradılıb. Logistika mütəxəssisi, Avtomobil diaqnostikası, Turizm təşkilatçısı yenə ixtisaslardır”.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar