
Rusiya gəmisi Ukraynada saxlanıldı
Rusiyaya məxsus “Nika Spirit” tankeri yoxlanış zamanı içərisində aşkarlanan sənədlərlə birlikdə Ukraynada həbs olunub.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş hərbi prokuroru Anatoli Matios məlumat verib.
A.Matios qeyd edib ki, Ukrayna məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi prokurorlarının və müstəntiqlərin hərəkətlərinin qanuna uyğunluğunu yoxlayıb. O vurğulayıb ki, Ukrayna qanunvericiliyinə əsasən, Ukraynaya məxsus sularda istintaq tədbirlərinin aparılması üçün konsuldan və ya diplomatik qurumun nümayəndəsindən icazə alınması tələb edilmir.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iyulun 25-də İzmail limanında “Nika Spirit” tankerini saxlayıblar. Ukrayna tərəfinin məlumatına görə, bundan əvvəl tanker “Neyma” adlanıb və Kerç boğazında baş verən təxribat zamanı Ukraynaya məxsus gəmilərin girişini əngəlləyib. Axtarış zamanı gəmidə sənədlər, danışıqların səs yazıları və jurnallar aşkarlanıb. Gəmi heyəti sorğu-sual edilib, sonra isə Rusiyaya geri qayıtmasına icazə verilib.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22