Rulet pizzanı belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla rulet pizza resepti ilə tanış edəcəyik.
Tərkibi:
Xəmir üçün - 1,5 stəkan ilıq su, 1 yemək qaşığı maya, 1 çay qaşığı şəkər tozu, 3 yemək qaşığı duru yağ, 1 çay qaşığı duz, 3,5 stəkan un.
Sousu üçün - 3 dolu yemək qaşığı tomat pastası, 3 yemək qaşığı duru yağ, 1 diş sarımsaq, 50 ml. su, zövqə görə duz, istiot, oreqano (əvəzinə kəklikotu istifadə etmək olar).
İçlik üçün - 250-300 qr. mozzarella və ya holland pendiri. İstəyə görə kolbasa, bibər, zeytun, qarğıdalı və s.
Hazırlanma qaydası:
Xəmir üçün qaba 1 stəkan (200 ml.) yarım ilıq su, 1 çay qaşığı şəkər tozu və 1 yemək qaşığı maya əlavə edib qarışdırırıq. 5 dəqiqə gözləyir, ardından üzərinə 3 yemək qaşığı duru yağ (istənilən növ ola bilər), 1 çay qaşığı duz, 3 stəkan yarım un əlavə edib, qarışdırıb yoğurur, qabın üzərini örtərək 30 dəqiqə gözləyirik.
Sonra sous üçün qaba 3 dolu yemək qaşığı tomat pastası, 1 diş rəndələnən sarımsaq, 3 yemək qaşığı duru yağ, zövqə görə duz, istiot, oreqano, 50 ml otaq temperaturunda su əlavə edib, qarışdırırıq. Sous hazırdır.
Ardınca dəzgaha bolluca un səpir, mayalanan xəmiri təxminən yarım santimetr qalınlığında düzbucaqlı formasında yayırıq və üzərinə sous çəkirik. Sonra üstünə 250-300 qram arası rəndələnən mozzarella pendirini əlavə edirik (istəyə uyğun əriyən digər pendirlərdə olar). Daha sonra zövqə görə kub-kub doğranan kolbasa, qırmızı, yaşıl bibər və qara zeytun səpib, rulet kimi büküb, 2 barmaq genişliyində dilimlərə büküb kəsirik. Əvvəlcədən 180-200 dərəcədə qızdırılan və yağlı kağız sərilən soba listinə hazırladıqlarımız düzülür və qızarana qədər bişirilir.
Nuş olsun!
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12