
Səməd Vurğunun nəticəsi: "Azərbaycan musiqisini hər yerdə təbliğ edirəm"
Musiqi ilə dörd yaşımdan məşğul oluram. Uşaq ikən Bakıda bir çox konsertlər vermişəm. Hazırda Fransada Paris Ali Musiqi Məktəbində fortepiano üzrə təhsil alıram.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qara Qarayevin ev-muzeyində təşkil olunan konsert zamanı gənc pianoçu Vurğun Vəkilov deyib.
“Bir çox beynəlxalq festivallarda iştirak etmişəm. İtaliyanın Pesaro şəhərində keçirilən müsabiqədə birinci yeri, Fransada “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”ndə ikinci yeri tutmuşam. Heç zaman digər məşhur piano ifaçıları ilə bir yerdə çıxış etmək barədə düşünməmişəm. Məncə bu, qeyri professional bir addımdır. Çünki məşhur pianoçular yalnız solo ifa etməyə çalışırlar. Gələcək planlarım hər bir professional pianoçu kimi müsabiqələrdə iştirak edib yer tutmaqdır. Harada oluramsa Azərbaycan musiqisini təbliğ edirəm”, - Vurğun Vəkilov bildirib.
Xatırladaq ki, Vurğun Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun nəticəsidir.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06